23 Yanvar 2018 01:27
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-nın Suriya qolu PYD-nin nəzarətindəki bölgədən snayperin açdığı atəş nəticəsində Türkiyənin Ceylanpınar şəhərində bir əsgər yaralanıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, dərhal sərhəd xəttinə təhlükəsizlik qüvvələri cəlb edilib. Xüsusi təhlükəsizlik qrupları terrorçunun olduğu binanı zirehli texnika ilə atəşə tutaraq məhv edib.

Cavab atəşindən əvvəl bələdiyyə nümayəndələri mülki vətəndaşlara sərhəd xəttinə yaxın gəlməmək barədə xəbərdarlıq ediblər.


Müəllif: Kəmalə