18 Fevral 2018 20:38
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Trabzon şəhərində Fətullahçı Terror Şəbəkəsinin (FETÖ) 9 qadın üzvü həbs edilib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin hüquq mühafizə orqanları Trabzon şəhərində FETÖ-yə qarşı keçirdikləri əməliyyat çərçivəsində şəbəkənin 9 qadın üzvünü həbs edib.

Saxlanılan şəxslər hüquq mühafizə orqanlarının əməkdaşlarının xanımlarına "məhrəm bacılıq" etməklə onları FETÖ-yə qoşmaqda ittiham olunurlar.

FETÖ üzvü olan qadınların digər cinayət əməlləri araşdırılır.


Müəllif: Ayxan