20 Fevral 2018 23:44
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 yaşlı Qana vətəndaşı Almaniyada sevgilisinin yanında qadına təcavüz etdiyi üçün 11 il azadlıqdan məhrum edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ötən ilin oktyabrında Almaniyada düşərgələrin birində qadına təcavüz etdiyi üçün 11 illik həbs cəzasına məhkum olan Erik adlı qanalı miqrant saxlandığı həbsxanada intihara cəhd edib.

Miqrant həbsxanadakı kamerada yatağını yandıraraq intihar etmək istəsə də, cəhdinin qarşısı alınıb. Məhkumun üçüncü dərəcəli yanıq xəsarəti aldığı bildirilir. Erik məhkəmədə 23 yaşlı qadına qarşı qeyri-etik hərəkətlər etmədiyini iddia etsə də, hakim miqrantı 11 il həbs cəzasına məhkum etmişdi. Miqrantın həbsxana kamerasına zərər verdiyi üçün əlavə olaraq 2 il cəza alacağı qeyd olunur.


Müəllif: Kəmalə