21 Fevral 2018 20:58
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Bəşər Əsədlə hər hansı siyasi dialoqu yoxdur, amma informasiya mübadiləsi ola bilər".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy keçirilən ənənəvi mətbuat konfransında uyğun suala cavab olaraq bildirib.

.Aksoy deyib ki, bu gün Türkiyənin sərhədlərində terror qurşağının yaradılmasına cəhd göstərilir: "Ona görə də həm masa arxasında, həm də meydanda güclü olmaq üçün hərəkətə keçdik. "Zeytun budağı" əməliyyatı uğurla davam edir. İndiyədək 1780 terrorçu zərərsizləşdirilib. Bu əməliyyat terrorçuların Afrində uzun müddətdir yerləşməyə başladıqlarını və Kandildən sonra ikinci baza kimi inşa etdiklərini ortaya çıxardı. Əslində, Türkiyə bununla Avropaya böyük miqrant axınının qarşısını alır. Mülki vətəndaşların zərər görməməsi üçün hər cür tədbirlər alınır. İndiyədək heç bir sivil ölməyib".

H.Aksoy jurnalist Dəniz Yücəlin Almaniyaya təhvil verilməsindən sonra iki ölkə arasındakı münasibətlərdə dəyişikliklərin olub-olmadığına dair suala da cavab verib.

"Dəniz Yücəlin sərbəst buraxılması məhkəmənin qərarıdır. Almaniya bizə heç bir şərt irəli sürə bilməz. Türkiyə məhkəməsi müstəqildir. Bəzi qəzetlər bunun bazarlıq olduğunu yazır. Bunlar həqiqəti əks etdirmir", deyə XİN sözçüsü bildirib.


Müəllif: Teleqraf.com