22 Fevral 2018 17:07
2 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG/PYD terrorçuları Suriya Prezidenti Bəşər Əsəd ilə razılaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı PYD-nin Hələb üzrə nümayəndəsi Hevin Kasso məlumat verib.

O bildirib ki, YPG nəzarətində olan heç bir bölgəni Əsədə təslim etməyib:

“Hələbdə bütün bölgələr YPG və Suriya ordusunun birgə nəzarətinə keçib”.

Qeyd edək ki, mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatının nümayəndəsi Əsəd ordusunun Hələb şəhərinin əl Halak, Bani Zaid və Bustan əl Başa bölgələrinə daxil olması ilə bağlı məlumat yaymışdı.


Müəllif: Samir