24 Mart 2018 22:15
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı çərçivəsində 3740 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, Ordu şəhərinə gələn ölkə başçısı 2019-ci ildə keçiriləcək prezident seçkilərindən danışıb.

Rəcəb Tayyib Ərdoğan 2019-cu illə əlaqədar çirkli ssenarilərin işə düşdüyünü deyib:

“İndidən 2019-cu ilki seçkilər bəzilərinin yuxusunu qaçırır. Bugünədək terrorçulara, marginal təşkilatlara arxalanıb millətin iradəsinə təzyiq göstərməyə çalışırlar. Millətimizin onlara vermək istədiyi dərsi heç zaman başa düşə bilməyiblər. Bir dəfə də olsa “Biz harada səhv elədik” sualını özlərinə vermədilər. Bunun əvəzində “Stokholm sindromu” kimi ifadələrlə öz məğlubiyyətlərinə görə millətimizi günahlandırmağa cəhd elədilər. Bu gün də eyni şeyi təkrarlayırlar. İndidən qabiliyyətsizliklərinə bəhanə axtarırlar”.

Ərdoğan Türkiyənin terror təşkilatlarına qarşı tarixin ən çətin mübarizəsini apardığı zaman müxalifət partiyalarının seçkiləri boykotla bağlı müzakirəsini tənqid edib.


Müəllif: Nərgiz