18 Aprel 2018 18:14
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton İsrailin köməyi ilə İranın Suriyadakı varlığını məhv etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu fikir “The Wall Street Journal” (Vol Strit Jurnal) nəşrindəki məqalədə yer alıb.

Bildirilir ki, İsrail Suriyanın T-4 aerodromuna etdiyi hücumla bağlı ABŞ-ı əvvəlcədən məlumatlandırıb:

“Bəllidir ki, hücum əmrini İsrail Baş naziri Benyamin Netanyahu verib. O bu addımı ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra atıb”.

Yazıda deyilir ki, İranın aerodromdakı hava hücumundan müdafiə sistemləri İsrail raketləri ilə tamamilə məhv edilib: “Bu hadisələrdən sonra ABŞ-ın regiondakı hərbi nöqtələrinə Tehranın hücumlar təşkil edəcəyi istisna olunmur”.

Qeyd edək ki, hücum zamanı 7-si iranlı olmaqla 14 əsgər həlak olub.


Müəllif: Samir