21 Aprel 2018 22:59
2 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən deputat Nikol Paşinyan bu gün mitin iştirakçılarına müraciət edərək, hökumətlə danışıqlar aparmaq üçün ona səlahiyyət verilməsini istəyib.

Teleqraf.com-un xəbərinə görə, o, aksiyada "hesab etmək olarmı ki, siz mənə danaışıqlar aparmaq üçün səlahiyyət veririsiniz" deyə mitinqçilərə müraciət edib. Meydana toplaşanlar isə bu təklifə razı olduqlarını ifadə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan mitinqçilərlə görüşə gələn Ermənistan Prezidenti Ahmen Sərkisyanla bir neçə dəqiqə söhbət edib. Paşinyan prezidentə hökumətlə danışıqların mövzusunun yalnız baş nazir Serj Sərkisyanın istefası ola biləcəyini deyib.

Ermənistanda aksiyalar Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq, aprelin 13-dən etibarən keçirilir.

Nahid


Müəllif: Teleqraf.com