27 Aprel 2014 11:44
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində helikopter qəzası baş verib.

Hadisə nəticəsində 5 britanilyalı hərbçi həlak olub. Helikopterin göyərtəsində olan 4 hərbçi və bir pilot kral Hərbi Hava Qüvvələrinin Hempşir qraflığındakı bazasında xidmət edirdi.

Müdafiə nazirliyindən verilən məlumata görə, helikopter düşmən əməliyyatı nəticəsində qəzaya uğramayıb. Bu Britaniya ordusunun Əfqanıstanda beynəlxalq koalisiya ordularının oölkəyə daxil olmasından bəri üçüncü böyük itkisidir.

“Baş verən insident araşdırılır, hadisə barədə digər şərhlər hələki yersizdir. Həlak olanların ailələri hadisə barədə hələ məlumatlandırılmayıb”,-deyə Müdafiə nazirliyinin nümayəndəsi bildirib.

Əfqanıstanda hərbi əməliyyatlar 2014-cü ilin dekabrın 31-də rəsmi olaraq başa çatmalıdır. /anspres/


Müəllif: