17 May 2018 08:32
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Forza İtaliya (İrəli İtaliya) partiyasının lideri və sabiq baş nazir Silvio Berluskoninin "Rubiqeyt" kimi tanınan məhkəmə işində şahidlərə yalan ifadə vermələri üçün rüşvət təklif etdiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Rüşvət və yalan ifadə vermək cinayətləri üzrə aparılan istintaq işində müğənni Mariano Apikella ilə birlikdə ittiham olunan Berluskoni yenidən dindiriləcək.

Berluskoni "Rubi" ləqəbli mərakeşli Kərimə əl-Marutla birikdə olmaqda ittiham edilir. 2010-cu ildə hələ 18 yaşı tamam olmamış Kəriməni pul və zinət əşyaları ilə ələ almaq, vaxtından əvvəl həbsdən azad etdirmək kimi cinayətlərdə ittiham edilən Berluskoni bu azmış kimi məhkəmə şahidlərini də öz tərəfinə çəkə bilib.

Qeyd edək ki, Milan məhkəməsi 2013-cü ildə bazar ertəsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini qalmaqallı «Rubi işi»nə görə 7 il azadlıqdan məhrum edib.

Keçmiş baş nazirə qarşı məhkəmə prosesi 2011-ci ilin aprelində başlayıb. İstintaq Berluskonini mərakeşli 18 yaşına çatmamış «Rubi» ləqəbli Kərimə əl-Marutla hədiyyə və pul mükafatı əvəzində intim əlaqədə günahlandırıb.

Amma İtaliya Ali Məhkəməsi Milan Məhkəməsinin qərarını "sübut çatışmazlığı" iddiası ilə ləğv edib.


Müəllif: Teleqraf.com