23 May 2018 19:13
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan paytaxt İrəvanda etiraz aksiyaları keçirən vətəndaşlara müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, müraciətində etirazçıları sakitləşməyə çağırıb.

“Xalqın etimadını qazanmış hökumətə qarşı etiraz aksiyaları təşkil etmək hökuməti sabotaj etmək mənasını verir. Bu andan bütün icazəsiz etiraz aksiyalarının dayandırılmasını tələb edirəm. Hökumətin bu çağırışına adekvat cavab verilməməsi mənim üçün anlaşılmazdır”, - deyə Nikol Paşinyan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu