24 May 2018 22:12
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya donanmasına aid “San Xose” gəmisini üç əsr boyunca okean altında qalan xəzinə ilə dolu hissələri tapılıb.

Teleqraf.com xəbər verir ki, mütəxəssislərə görə, gəmidəki qızıl və qiymətli daş-qaşların dəyəri 4-18 milyard dollar arasında dəyişir.

Karib dənizində İngiltərə donanması tərəfindən batırılan gəminin qapılarındakı işləmələrə nəzərə yetirən mütəxəssislər onun “San Xose” gəmisinə aid olduğu qənaətinə gəliblər. 1708-ci ildə batırılan gəmi 2015-ci ildə tapılıb.

Gəmi Amerika qitəsindəki xəzinələri Avropaya daşıyırmış.

“San Xose” gəmisində 62 silah olub. Buna baxmayaraq ingilis donanmasına müqavimət göstərə bilməyib. Gəmi batırılmasaydı milyardlarla dollar dəyərində olan xəzinə ingilislərlə müharibələrə dəstək məqsədilə istifadə olunacaqdı.

Qeyd edək ki, uzun illərdir xəzinə ovçuları və arxeoloqlar bu gəminin axtarışı ilə məşğuldur. Gəminin 600 metr dərinlikdə tapılması axtarışların bitməsinə əsas oldu.


Müəllif: Cavad