28 Aprel 2014 11:27

Tacikistanda daşqın nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər həlak olub.

Teleqraf.com-un məlumatına görə, güclü leysan yağışları nəticəsində yaranan sel Rudak rayonunda üç uşağın, Tursunzadda isə iki gəncin həyatına son qoyub. Daşqınlar yaşayış evlərinə, kənd təsərrüfatına, yollara da ciddi ziyan vurub.

Xatırladaq ki, cari ilin aprel ayının əvvəlindən, daşqınlar nəticəsində 24 nəfər həyatını itirib, əkin və yaşayış sahələrinə ciddi ziyan dəyib.

Ülviyyə


Müəllif: