7 Fevral 2015 08:24
657

Bir neçə Afrika ölkəsini vahimə içində saxlayan "Boko Haram" təşkilatı böyük itkiyə məruz qalıb. Nigerin silahlı qüvvələri “Boko Haram” qruplaşmasının 109 silahlısını məhv ediblər.

Teleqraf.com-un AFP agentliyinə istinadən məlumatına görə, bu barədə Nigerin müdafiə naziri bildirib.

Onun sözlərinə görə, terrorçuların hücumu nəticəsində 4 hərbi qulluqçu həlak olub, 17 nəfər yaralanıb. Dinc sakinlər arasında da ölənlərin olduğu bildirilir.

Qeyd edək ki, bu, “Boko Haram” terror qruplaşmasının Niger ərazisinə ilk hücumudur.


Müəllif: