25 Fevral 2015 07:47
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları (ABŞ) İraqda davam edən terrorla mübarizə üçün 18 milyon dollarlıq silah yardımı edib.

ANS PRESS-in məlumatına görə, bu barədə fikirləri Pentaqonun rəsmi nümayəndəsi polkovnik Stiven Uorren çərşənbə axşamı etdiyi çıxışda səsləndirib.

Uorren nitqində İraq silahlı qüvvələrinə on mindən çox M-16 avtomat silahı, lazer silahları göndərdiklərini və bütün bu prosedurun 22 gün ərzində daha da sürətləndiyini bildirib.

Bundan başqa, o, İraq ordusunu hədəfi yüz faiz dəqiqliklə vuran "Hellfire” ("Cəhənnəm odu”) raketi və min növdən çox digər raketlərlə təchiz etdiklərini sözlərinə əlavə edib.


Müəllif: