25 Fevral 2015 13:49
1 302

Rusiyanın Ukraynaya təcavündən narahat olan Litva icbarı əsgərliyi bərpa edib.

Teleqraf.com xəbər verir ki, hərbi və mülki vətəndaşlarla görüş keçirdən prezident Daliya Qribauskayte Urkayna hadisələrini nəzərə alaraq icbarı əsgərliyi yenidən bərpa etmək qərarını verdiklərini açıqlayıb.

General Conas Vitautas isə əsgər çatışmazlığının milli təhlükəsizlik üçün real təhlükə olduğunu bildirib.

Qeyd edək ki, artıq sentyabr ayından etibarən 5 il ərzində 19-27 yaş arasındakı 3 min kişi 9 aylıq icbari əsgərliyə cəlb olunacaq.

Rüstəm


Müəllif: