27 Fevral 2015 07:23
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada fevralın 25-dən etibarən А-95 markalı benzinin qiyməti 2,09 qrivna qalxaraq 1 litr üçün 26,42 qrivna (0,99 AZN) təşkil edib.

Teleqraf.com-un “Ekonomiçeskaya pravda”ya istinadən məlumatına görə, А-95 markalı benzinin maksimal qiyməti - 27,26 qrivna Ternopol vilayətində, ən minimal - 25,2 qrivna isə Dnepropetrovsk vilayətində qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl, 23-24 fevral tarixində Ukraynada devalvasiya səbəbindən benzinin qiyməti 1,3 qrivna qalxmışdı.

Azərbaycan Mərkəzi Bankının fevralın 26-na müəyyən olunmuş valyuta kursuna əsasən, 1 qrivna 0.0374 AZN təşkil edib.


Müəllif: