3 Mart 2015 16:02

Üç qızın İŞİD-ə qoşulması ölkəni qarışdırdı

İngiltərə hökuməti Türkiyədən keçərək Suriyaya gedən və İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulan vətəndaşlarının qarşısını almaq üçün qeyri-adi maraqlı təklif irəli sürüb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı İngiltərə Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış xüsusi komitə İstanbuldakı hava limanlarına ingilis polislərin yerləşdirilməsi təklifi ilə çıxış edib. Bu barədə komitə sədri Keys Vaz açıqlama verib.

İngiltərə daxili işlər naziri Seresa May da faktı təsdiq edərək, məsələ ilə bağlı İstanbul hava limanı ilə danışıqlar aparılacağını bildirib.

Qeyd edək ki, 3 yeniyetmə ingilis qızın Suriyaya getməsi İngiltərə hökumətini hərəkətə keçirib.

Samir


Müəllif: