10 Mart 2015 09:45
1 275

Argentinada televiziyalardan birində yayımlanan “Survivor” adlı şou proqramın çəkilişləri zamanı dəhşətli qəza baş verib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, çəkilişi havadan aparmaq üçün ayrılan iki helikopter toqquşub. Hadisə zamanı 10 nəfər həlak olub. Qəzanın paytaxt Buenos-Ayresin 1170 kilometr şimal-qərbində Villa Kastelli bölgəsində baş verdiyi bildirilib. Ölənlərdən 8-i Fransa vətəndaşıdır.

Hadisədən sonra açıqlama verən Fransa prezidenti Fransua Olland ölənlərin ailələrinə baş sağlığə verib. Fransa mətbuatında yer alan məlumata görə, hadisə zamanı ölənlər arasında məhşur boksçu Aleksis Vastin, avarçəkən Florens Arsaud və Olimpiya çempionu üzgüçü Kamil Muffat da var.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Samir


Müəllif: