17 Mart 2015 11:20

Almaniyanın Drezden şəhərində “Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar” (PEGIDA) hərəkatı tərəfdarları növbəti mitinqini keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyada 10 min etirazçı iştirak edib. Nümayişdə təhlükəsizlik tədbirləri ilə əlaqədar şəhərə əlavə polis qüvvələri cəlb edilib. Etirazlar zamanı polislə qarşıdurma yaşanıb. Polisin verdiyi açıqlamaya görə, iğtişaşlar zamanı bir neçə fəal həbs edilib.

Nümayiş iştirakçıları əsasən parlamentin məktəblərdə müəllimlərin hicab taxmasına razılıq verən qanunu qəbul etməsinə qarşı fikirlər səsləndiriblər. Aksiyada çıxış edən PEGİDA-nın rəhbərlərindən olan Lutz Baçman bu qanunun dözülməz olduğunu bildirib: “Belə davam etməz. Biz ölkəmizdə özümüzü yad hiss edirik”.

Etirazçı kütlə qanunun dərhal ləğv edilməsini tələb ediblər. Onlar əks halda etirazların bütün ölkəni bürüyəcəyini açıqlayıblar.

Samir


Müəllif: