19 Mart 2015 15:15
2 202

ABŞ-da qan donduran hadisə baş verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, cinayətkar qadın "Craiglist" elan saytında uşaq geyimi satan hamilə qadının evinə gedib. 34 yaşlı təcavüzkar qadın bıçaqla 26 yaşlı hamilə ananın qarnını kəsərək, körpəsini oğurlamağa çalışıb.

Təcavüzkar, ana bətnindən körpəni çıxartdıqdan sonra qaçıb. Yaralı ana isə 911-ə zəng edə bilib.

Xəstəxanaya çatdırılan qadının vəziyyəti ağırdır. Cinayətkarı həbs edən polis qaçırılan körpənin həyatını itirdiyi bildirilib.

Polis hadisənin səbəbi ilə bağlı açıqlama verməyib.

Rüstəm


Müəllif: