5 İyul 2015 21:25

Kanadanın Saskaçevan və Alberta əyalətlərinin sərhəd bölgəsində başlayan meşə yanğınları getdikcə daha geniş əraziləri əhatə edir. Nəzarət altına alına bilinməyən yanğınlar Saskaçevan, Alberta və Britaniya Kolumbiyası əyalətlərində sürətlə yayılaraq təhlükəli vəziyyət yaradıb. Saskaçevan əyalətinin bəzi bölgələrində yanğın evlərə 300 metrə qədər yaxınlaşıb. Buna görə də həmin ərazilərdən 10 minə yaxın insanın köçürülməsinə qərar verilib. Hazırda Saskaçevanda 114 böyük yanğının nəzarət altına alınması istiqamətində səylər göstərilir. Əyalətin Veyavkin qəsəbəsində bir, Vadin Bayda üç, Montreal Lake bölgəsində isə altı bina tamamilə yanıb.

Britaniya Kolumbiyası əyalətində yaranmış gərgin vəziyyətlə əlaqədar yüzlərlə ev boşaldılıb.

Albertanın şimalında isə 120 müxtəlif yerdə yanğınlar davam edir. Burada da əsas diqqət insanların köçürülməsinə yönəldilib.

Hər üç əyalətdə isti, quru və küləkli hava yanğınların daha da yayılmasına öz təsirini göstərir.


Müəllif:
Загрузка...