19 İyul 2015 14:19
645

Avstraliyada yayımlanan və dünyada ən çox reytinqə sahib olan "Gəldiyin yerə geri dön" şou proqramının təşkilatçıları iştirakçıları Suriyaya aparıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 6 nəfərlik iştirakçı qrup İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının nəzarətindəki ərazilərin 800 metrliyində saxlanılıb. Onlara 1 il müddətində Avstraliyaya qayıtmaq üçün vaxt verilib.

İştirakçılar üçün heç bir təhlükəsizlik tədbirləri görülməyib. Yayılan məlumata görə, iştirakçılar artıq bir dəfə terrorçuların hücumuna məruz qalıb.

Hazırda iştirakçıların Haseke bölgəsində olduğu bildirilib.

Samir


Müəllif: