3 İyun 2014 23:00
983

Ukraynada 300-dən çox terrorçu məhv edildi.

Sosial şəbəkədə Ukraynanın Luqansk şəhərində snayperlə terrorçusunun vurulduğu anın görüntüləri yayılıb.

Teleqraf.com bildirir ki, video bu gün terrorçuların Luqansk sərhəd xidmətinin əsas bazasına hücumu zamanı çəkilib.

Şəbəkədə yayılan videodan da görünür ki, snayper gülləsi Luqansk terrorçularından birinin başını "dağıdır". Luqansk sərhəd xidmətinin əsas bazasına hücumu zamanı terrorçular fiaskoya uğrayaraq ciddi itkilərlə üzləşib.Terroçuların 10 nəfərdən çox itkisi olub.

Döyüşçülərdən biri optik nişana baxır, bu an snayper gülləsi başına tuş gəlir.Terrorçular yaralını hadisə yerindən uzaqlaşdırmaqa çalışır.

Qeyd edək ki, Ukrayna Antiterror qərargahı bu gün 300-dən çox terrorçunun məhv edildiyi barədə məlumat yayıb. /anspress/






Müəllif: