20 Aprel 2014 13:49
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Nişabur şəhərində ictimai asayişi pozmağa cəhd göstərən bir qrup şəxslə polis arasında qarşıdurma baş verib.

Trend-in İranın afkarnews saytına istinadən məlumatına görə, qarşıdurma ötən axşam baş verib.

Qarşıdurmaya səbəb iki cinayətkar dəstənin bir-biri ilə dava etməsi və polisin bu davaya müdaxiləsi olub. Qarşıdurma zamanı əhalinin evlərinin pəncərələrinin şüşələri sındırılıb, avtomobillər yandırılıb və bir neçə nəfər yaralanıb.

Polis 12 nəfəri həbs edib.


Müəllif: