11 İyun 2014 22:34
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Orta Frankoniya torpağının Ansbax şəhərinin məhkəməsində hakim ev pişiyini rəsmi qayda ilə məhkəməyə çağırmağa məcbur olub.

Məhkəmə iki şəhər sakininin eyni boz zolaqlı pişiyə sahib olduğunu iddia etməsi ilə bağlı keçirilib. Qadınların hər ikisi sübut etməyə çalışıb ki, pişik məhz ona məxsusdur.

Hakim məhkəməni pişiyin iştirakı ilə davam etməyə qərara alıb. O, pişiyin hansı qadının əlində özünü daha rahat aparacağını müəyyən etməyə çalışıb. Məhkəmənin qabağındakı avtomobil dayanacağına gətirilən pişik əvvəl aradan çıxıb və maşının altına qaçıb.

Onu güclə oradan çıxarıblar, amma hakim yenə də pişiyin kimə məxsus olduğunu müəyyən edə bilməyib - pişik hər iki qadının əlində özünü rahat aparıb. Mübahisə fotoşəkillə həll edilib. Qadınlardan biri pişiklə özünün daha gənc şəklini təqdim edib və hakim pişiyi əvvəlki sahibinə qaytarmaq barədə qərar çıxarıb./anspress/


Müəllif: