12 İyun 2014 11:52

Ukraynanın Donbas şəhərində mədəndə partlayış baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə nəticəsində 9 mədənçi uçqunlar altında qalıb və onların taleyi məlum deyil.

Ukraynanın Fövqəladə hadisələr xidmətindən verilən məlumata əsasən, partlayış yerli vaxtla 3:40-da, 300 metr dərinlikdə baş verib.

Mədəndə iş müvəqqəti olaraq tam dayandırılıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Ülviyyə


Müəllif: