İrqaın baş naziri Heydər İbadi keçən həftə parlamentə edilən hücumun zərərlərini göstəemək üçün sosial şəbəkədə qan ləkəsinə bulaşmış ağ divanın şəkillərini paylaşıb.
Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, İraqlılar baş nazirin paylaşımına etiraz ediblər. Onlar "minlərlə insanın İŞİD tərəfindən öldürüldüyünü görməyən İbadi divan davası aparır" deyə, baş nazirin statusuna şərh yazıblar. Başqa bir izləyici "Barak Obama sizə daha təzə divan göndərər" yazıb.
Keçən həftə şiə lideri Muktəda əs Sədrin tərəfdarlarının parlamentə hücumu nəticəsində qarşılıqlı dava düşüb və hər iki tərəfdən yaralananlar olub.
Ayxan