13 May 2016 00:34
472

Ermənistan polisində kütləvi işdən çıxarmalar davam edir.

Teleqraf.com anspress-ə istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı xəbər verib.

Bu gün Loriysk vilayət polisinin rəis müavini Ara Karapetyan və Quqarks rayon polisinin şöbə rəisi Artur Şaxverdyan vəzifələrindən azad edilib. İşdən çıxarılmanın dəqiq səbəbləri məlum deyil. Ancaq Ermənistan polisinin mətbuat xidməti işdən çıxarılmanın sistemdə kadr siyasətiylə bağlı olduğunu bildirib.

Bir müddət əvvəl Araqatsotnanın, Şirakın, Kotaykanın və Zeytunun polis rəisləri Qriqor Qriqoryan, Qrişa Amirxanyan, Serob Arutyuyan və Avetik Abramyan vəzifəsindən istefaya göndərilib.

Bir müddət əvvəl Ermənistanın müdafiə nazirliyində də kütləvi istefalar olub. Ermənistan prezidenti Serj Sarkisyan bir neçə yüksəkrütbəli hərbçini işdən çıxarmaq qərarına gəlib. O, bu barədə aprelin 26-da əmr imzalayıb.

Onun əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyanı işdən çıxarılıb. İşdən qovulanlar arasında Baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var.

Bu tədbirlərin də Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur.


Müəllif: