19 İyun 2014 18:23
612

ABŞ dövlət katibi Con Kerri iyunun 19-da jurnalistlərə İraqdakı olaylardan danışaraq yaranmış böhranın həlli üçün İranla əməkdaşlıq məsələsinə toxunub.

“Media forum” saytının məlumatına görə, Con Kerri deyib ki, o, İraqdakı böhranın ortadan qaldırılması üçün İranla əməkdaşlıq etmək haqda hər hansı təklif irəli sürməyib: “Mən bu məlumatların haradan və necə yayıldığını bilmirəm. Biz İraq məsələsində və bu ölkədə baş verənlərlə bağlı İranla ancaq informasiya mübadiləsi apara bilərik. Belə bir ehtimal var. Lakin Tehranla əməkdaşlıqdan söhbət gedə bilməz. Amerika İraqda atacağı addımı bu ölkənin xalqı üçün atacaq”.

İraqda radikal islamçılar son günlər bəzi şəhərləri ələ keçirib. Con Kerri iyunun 16-da jurnalistlərlə görüşündə İraqda baş verənlərlə bağlı İranla müzakirə aparmağa hazır olduqlarını bildirmişdi.


Müəllif: