22 Aprel 2014 09:48

ABŞ-ın Kaliforniya ştatında içkili halda avtomobil sürən Roberto Rodriqes idarəetməni itirərək bir evin divarına çırpılıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində sürücü öz otağında yatan 16 yaşlı məktəbli Gizel Mendozanı vurub. Rodriqes yüngül xəsarətlə canını qurtarsa da məktəbli qızın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərinin dediyinə görə, avtomobil təxminən 120 km/saat sürətlə hərəkət edərkən idarərtməni itirib və evin divarına çırpılıb.

Törətdiyi əməldən peşman olduğunu deyən Roberto Rodriqes "bilməyərək insan həyatına son vermək" maddəsi ilə100 dollar təzminat verərək sərbəst buraxılıb.


Müəllif: