1 İyun 2016 22:34
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan türklər 1915-ci il hadisələrini soyqırımı kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin parlamentdə müzakirəsinə etiraz olaraq aksiya keçiriblər.

Teleqraf.com xəbər verir ki, türklər Federal Məclis tərəfindən erməni iddialarının müzakirəyə çıxarılmasına etiraz ediblər.

Türk-Alman Dayanışma Platformasının keçirdiyi aksiya Brandenburq Qapısının önündə aksiya keçiriblər. Aksiyada Türkiyə, Azərbaycan və Almaniya bayraqları qaldırılıb.

Aksiyada “Soyqırımı yalanına yox", "Nifrətə qarşı mübarizə", “Federal Məclis yetkili deyil, parlamentarilər məhkəmə deyil” şüarları səsləndirilib.

Fələstinli qrupun oxuduğu mahnı ilə etirazçılar yallı gediblər. Davam edən aksiyada erməni yalanları barədə bir sıra çıxışlar olub. Gecə saatlarında müğənni Uğur Işılakın konsert verəcəyi bildirilir.

Ayxan


Müəllif: