20 İyun 2014 17:11
2 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Vençjou şəhərində qadın avtomobildə qrup seksi ilə məşğul olan zaman hər iki ayağını sındırıb.

Teleqraf.com-un lenta.ru-ya istinadən verdiyi məlumata görə, hadisə avtomobilin təsadüfən hərəkətə gəlməsi nəticəsində baş verib. Qrup seksində iştirak edən digər iki nəfər – başqa bir qadın və bir kişi də xəsarət alıblar.

Ehtimal olunur ki, “avtoorqiya”nın iştirakçıları təsadüfən əyləci buraxıblar, bununla da avtomobil qəfildən sürətlə hərəkət etməyə başlayıb. İdarə olunmayan maşın ağaca çırpılaraq, dayanıb.
Baş verənlərin şahidi olan Bo Lan söyləyib ki, hər üç şəxs ciddi xəsarət aldığından qəzaya uğramış avtomobili kənardan kömək olmadan tərk edə bilməyiblər. Hadisə yerinə polis, təcili yardım maşını və yanğınsöndürənlər eyni vaxtda gəliblər.

Həkimlər hadisə zamanı ayaqları sınan qadını xəstəxanaya çatdırıblar. Digər iki xəsarət alan şəxsin səhhəti və vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.

Maşının sürücüsünə ictimai yerdə ədəbsiz davranışla bağlı cinayət işi qaldırılıb. Hadisə zamanı xəsarət almış iki qadına isə səhhətləri yaxşılaşandan sonra ittiham elan olunacaq.

Nail Cəlil


Müəllif: