14 İyun 2017 18:23
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrında şair Qismət Rüstəmovun tərcümə etdiyi Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, təqdimat mərasimini AYB Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu açıb. O, Nabokovun yaradıcılığı və bu kitabın Azərbaycan oxucusuna verəcəyi töhfələrdən danışıb.

Daha sonra tənqidçi Cavanşir Yusifli kitabı uğurlu bir iş kimi qiymətləndirərək oxucuları və şairi təbrik edib.

Tədbirdə yazarlardan Qan Turalı, Fəxri Uğurlu, Fərid Hüseyn, Seyfəddin Hüseynli, Kənan Hacı, Aydın Talıbzadə və b. iştirak edib.

Qeyd edək ki, kitabın redaktoru Tahir Kazımlıdır. "Rus ədəbiyyatından mühazirələr" 500 tirajla çap olunub.


Müəllif: Şəfiqə Nazimqızı Elçin Murad