4 Oktyabr 2017 13:44
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramiz Rövşənin ona verdiyim “Nəfəs” kitabını imzalamamağını dostlar eşidib, reklam edirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında gənc şair İltimas Səmimi deyib.

Onun sözlərinə görə, baş verənlər boş şeylərdir:

“Çinarə Ömray onu paylaşıb. Mənə xoş gəlmədi. Xahiş edəcəm, silsin. Ayıbdır. Mən elə şeylərə əhəmiyyət vermirəm. Ramiz Rövşənin qələminə, şəxsiyyətinə böyük hörmətim, sevgim var”.

Qeyd edək ki, Bakıda təşkil olunan V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında gənc şair İltimas Səmimi Ramiz Rövşənin “Nəfəs” adlı kitabını şairə imzalatmaq istəyib. Ancaq Ramiz Rövşən avtoqraf verməkdən imtina edib. Səbəb isə ona təqdm edilən kitabın pirat nüsxə olmasıdır.


Müəllif: Şəfiqə