1 Mart 2018 19:26
4 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi rus yazıçısı Lev Tolstoy "Hacı Murad" povestinin əvvəlində Tatar gülündən bəhs edir və bununla türklərin ramedilməz olduğunu bədii boyalarla oxucuya çatdırır.

Teleqraf.com məşhur yazıçının əsərindən “Tatar gülü”nün təsviri ilə bağlı hissəni təqdim edir:

“Əkinlər biçilmiş, taxıl döyülməyə başlamışdı. Yayın tam ortasıydı. Tarlaların içindən keçərək evə dönürdüm. Hər tərəf bir-birindən gözəl çiçəklərlə dolu idi. Qırmızı, bəyaz, çəhrayı güllər; ətirli, tüklü yoncalar, tacları süd kimi ağ, ortaları sapsarı, özlərinə xas qoxuları olan çobanyastığı çicəkləri, lalələri andıran sapsarı uzun-uzun vəzərəklər; ətrafa dadlı badam qoxusu yayan, toxununca bir anda solan sarmaşıq çiçəkləri və daha neçə bir-birindən gözəl, çeşid-çeşid çiçəklər... Hər birindən bir dənə qopardığım çiçəklərdən böyük bir gül dəstəsi bağlayıb, evə dönürdüm. Yol boyunca uzanan xəndəyin dibində, qan qırmızı rəngdə tam açmış bir dəvətikanı gördüm. Bizdə buna "Tatar gülü" deyirlər. Əkinlər biçilərkən oraqçılar bunları kəsməmək üçün ehtiyatlı davranırlar. Əgər bilməyərəkdən kəsilmişsə belə, onu dərzin içindən çıxarıb atırlar ki, adamın əlini dalamasın. Bu qan qırmızı dəvətikanını qoparıb çiçək dəstəsinin ortasına qoymaq keçdi içimdən. Xəndəyə endim, çiçəyin ortasında tənbəl-tənbəl yuxulayan eşşək arısını qovaladıqdan sonra gülü qoparmağa çalışdım. Bu bir az çətin idi. Əlimə cib yaylığımı sarısam da, tikanlar yenə də əlimə batırdı. Sapı o qədər sərt və sağlam idi ki dəqiqələrcə uğraşıb lif-lif ayırmaq zorunda qaldım. Nəhayət qoparmağı başardığımda sapı parça-parça olmuşdu. Dəvətikanının ilk gördüyümdəki gözəlliyindən əsər-əlamət qalmamışdı. Üstəlik bu qədər əmək sərf edib topladığım zərif çiçəklər arasında qaba və çirkin görünürdü. Yerində çox gözəl görünən, məni özünə heyran edən bu çiçəyi boş yerə qopardığıma üzüldüm. Atdım onu. Qoparmaq üçün sərf etdiyim zəhəmti yadım salıb, “Nə güçlü bir yasamaq arzusudir bu!” deyə düşündüm”. Dirənmək üçün böyük çaba göstərib, qolay loxma olmadığını necə də isbat etdi. İnsan oğlu milyonlarla bitkini əzib keçir də, Tatar gülünü niyə əsir ala bilmir? “Bu, necə bir yaşamaq istəyidir, Tanrım!” - dedim. Bu düşüncə mənə Qafqaz savaşlarına aid önəmli bir hadisəni andırdı”.

Dahi yazıçının "Tatar gülü" adlandırdığı gülün fotolarını təqdim edirik.


Müəllif: Nahid