3 İyul 2014 21:27
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan prezidenti Həmid Kərzayinin helikopteri ölkənin paytaxtındakı aeroportun raket atəşinə tutulması nəticəsində yanıb.

Bu barədə aeroportun hərbi hissəsinin komandiri Abdulla Vahab Vardak bildirib. Məlumata görə, helikopter uçuş zolağında olarkən raketə tuş gəlib.
Dövlət başçısının hücum zamanı helikopterdə olub-olmaması barədə məlumat yoxdur.
“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
/apa/

Müəllif: