7 İyul 2014 21:58

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanıb və bu proses iyulun 10-da başa çatacaq: “Ancaq buna baxmayaraq, magistratura səviyyəsinə qəbul olan bakalavrların bir qismi qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatdan keçməyiblər. Bir daha həmin bakalavrların nəzərinə çatdırırıq ki, onlar iyulun 10-dək tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər”.

/apa/


Müəllif: