15 İyul 2014 10:38
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya parlamentin hər iki qanadının üzvlərinin - deputat və senatorların - sentyabrın 1-dən aylıq əmək haqlarının 400 min rus rublu (təxminən 12 min dollar) civarında olacağı nəzərdə tutulur.

Bu barədə Rusiya Dövlət Dumasından məlumat verilib. Xəbərdə deyilir ki, artıq sənəd ölkənin Maliyyə Nazirliyində təsdiqə verilib. Qeyd olunur ki, hazırda 235 min rubl aylıq maaş alan parlament üzvləri yeni maliyyə bölgüsündən sonra Almaniya Bundestaqının üzvləri ilə eyni, ABŞ parlamentarilərindən bir qədər az, Fransanın eyni qurumunun təmsiçilərindən isə çox aylıq əmək haqqı alacaqlar.

Xatırladaq ki, bu xəbər Rusiya cəmiyyətində şok effekti yaradıb. Deputatların sıravi rusiyalıların maaşlarından düz 13 dəfə çox əməkhaqqı alması ölkə vətəndaşlarında qıcıq yaradıb.

/publika.az/


Müəllif: