17 İyun 2017 12:33
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 14-də Virciniyada bir qrup konqresmenin güllələnməsi işini araşdıran təhqiqatçılar hücumçunun üzərindən Respublikaçılar Partiyasından olan 6 konqresmenin adı yazılmış siyahı aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, əllə yazılmış kağızda Tennesi, Arizona, Cənubi Karolina, Ohayo, Virciniya və Alabama ştatlarını təmsil edən mühafizəkar respublikaçı konqresmenlərin adları əks olunub.

Qeyd edək ki, iyunun 14-də 66 yaşlı Ceyms Hodkinson Virciniya ştatının Aleksandriya şəhərində bir qrup konqresmenə atəş açıb.

Hücumçu polis əməkdaşları tərəfindən açılan atəş nəticəsində yaralanıb və sonra xəstəxanada dünyasını dəyişib.


Müəllif: Səxavət