15 İyul 16:31
159

2018-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf.com-a verilən məlumata görə, nəticələri DİM-in internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 508 namizəddən 470 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 154 nəfərini oğlanlar, 316 nəfərini qızlar təşkil edir.
285 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur.

Qeyd edək ki, müsabiqənin nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM tərəfindən Apelyasiya Komissiyası yaradılıb.

Namizədlər Apelyasiya Komissiyasına 17-18 iyul 2017-ci il tarixlərində saat 10 dan 17 dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


Müəllif: Teleqraf.com