22 İyul 2014 13:20
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosulun baş keşişi İŞİD-ə qarşı dünya birliyindən kömək istədi.

Alınan məlumata görə, İraq Kürdüstanından bir neçə kilometr aralıda yerləşən Ankava şəhərində Mosulun baş keşişi Nona Mərkəzi və Şimali İraqın xristian liderləri ilə görüşüb. Görüşdə Kərkükün və “Kürdüstanın” pravoslav kilsəsinin liderləri də iştirak edib. Məqsəd İŞİD-ə qarşı səyləri birləşdirmək və dünyanın diqqətini bölgəyə yönəltməkdir.

Mosulun baş keşişi baş verənləri növbəti soyqırımı adlandırıb. Bildirib ki, İŞİD-ə qarşı güclü müdafiə təşkil edilməlidir. Onun sözlərinə görə, İŞİD bölgəyə hücum etdikdən sonra minlərlə xaçpərəst qaçıblar.

“Bölgənin digər əhalisi kimi xaçpərəstlərə qarşı da hücum edirlər. Bizə “ya tərk et, ya da öləcəksən” deyirlər. Artıq ailələr kilsələrə sığınır. Buna qarşı bütün dünya, xristian aləmi birləşməlidir”, - deyə o bildirib.

Daha sonra o, bölgənin xristian liderlərini İŞİD-ə qarşı birləşməyə çağırıb.

/publika.az/


Müəllif: