24 Avqust 2017 13:33
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, UEFA-nın açıqladığı siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov birincidir. Təcrübəli çalışdırıcı artıq 9 ildir ki, ağdamlılara rəhbərlik edir. 2011-ci ildən Madrid “Atletiko”sunda çalışan Dieoqo Simeone isə ikincidir. “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino isə üçüncü sırada yer alıb. O, 2014-cü ildən London klubunun “sükanı arxası”ndadır.

“Monako”nun çalışdırıcısı Leonardo dördüncü , “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri isə beşincidir (16 iyul, 2014-cü il). 2015-ci ilin iyunundan “Napoli”ni çalışdıran Maurisio Sarri isə altıncı pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com