24 İyul 2014 11:04
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sibir bölgəsindəki Maqadan şəhərində aramsız yağan yağışlar sellə nəticələnib.


Məlumata görə, Rusiyanın uzaq şərq bölgəsindəki Xabarovsk, Yakutiya, Yevreysk və Maqadanda fövqəladə vəziyyət elan edilib.

Yağan leysan yağışlarından ən çox Maqadan şəhəri əziyyət çəkib.

Sel nəticəsində abidə kimi qorunan iki döyüş təyyarəsi də su altında qalıb. Yüzlərlə vətəndaşın evlərini tərk edərək təhlükəsiz sığınacaqlara aparıldığı bildirilir.

Qeyd edək ki, tarixində ən güclü yağışını görən şəhərdə hər kvadrat metrə 175 mm yağış düşdüyü bildirilir.

/axar.az/


Müəllif: