24 İyul 2014 15:29
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının dövriyyəsinə xüsusi icazə verilməsi üçün müraciət və sənədlərin qəbulu elektron formada aparılacaq.

Nazirlər Kabinetindən verilən məlumata görə, "Elektron xidmət növlərinin Siyahısı"na yeni əlavə edilib.

Bu əlavəyə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının dövriyyəsinə xüsusi icazə verilməsi üçün müraciət və sənədlərin qəbulu da elektron xidmətlərin siyahısına əlavə edilib.

Qeyd edilən xidmət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstəriləcək.

/trend/


Müəllif: