13 Oktyabr 2017 09:59
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya səfərindən geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, rusiyalı həmkarı Vladimir Putinlə son görüşü ilə bağlı maraqlı faktlar açıqlayıb:

“S-400 raket əleyhinə müdafiə sistemləri ilə bağlı Putinlə heç bir müzakirəmiz olmayıb. Çünki bu məsələ ilə bağlı hər şey aydındır. Rusiyalı həmkarımla S-500 sistemlərinin göndərilməsi məsələsi ətrafında fikir mübadiləsi apardıq. Fikrimcə, bu istiqamətdə də razılıq əldə edəcəyik”.


Müəllif: Samir