15 Oktyabr 2017 19:33
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Dağıstanın Mahaçqala limanına gələcəklər".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Xəzər donanmasının rəhbəri Bəndər Ənzəli söyləyib.

Onun sözlərinə görə, gəmilər şənbə günü İrandan Rusiyaya yola düşüblər. O gəmilərin Rusiya sahil sularında Rusiya Hərbi Dəniz Qüvvələri ilə bir günlük hərbi təlim keçirəcəyini bildirib.


Müəllif: Teleqraf.com