20 Fevral 2018 11:08
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar səhər saatlarında PKK terror təşkilatının işğalı altındakı Afrindən Hələbə doğru uzanan koridoru bombalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əsas hədəf Basuta və Ziyara kəndlərində terrorçuların sığınacaqları olub. Hücum zamanı azı 7 terrorçu öldürülüb.

Məlumatlara görə, türk ordusu dünən azad edilən İkidam, Şeltah və Merseva kəndlərində xeyli PKK-çını sağ ələ keçirib.


Müəllif: Samir