13 Mart 2018 23:28
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstefaya göndərildiyimi tvitterdən öyrəndim. Hələ martın 31-nə qədər vəzifəmin başındayam.Trampla telefonla danışdım. Suriya və İraqda görəcək çox işlərimiz var. Müttəfiqsiz bunlar həyata keçirə bilmərik".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilməsinə dair prezident Donald Trampın qərarına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün Dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edərək yerinə MKİ direktoru Mayk Pompeonu təyin edib. Sonuncunu isə xanım Cina Haspellə əvəzləyib.


Müəllif: Ayxan