25 Aprel 2018 14:34
3 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml yenə də Ermənistanda baş verənləri müşahidə edir. Ümid edirik ki, qarşı duran tərəflər tezliklə konsensusa gələcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mənim bu dediklərimə heç bir əlavəm yoxdur. Biz əvvəlki kimi hesab edirik ki, bu, Ermənistanın daxili işidir. Ümid edirik ki, bizim erməni dostlarımız tezliklə bu situasiyanı nizama salmaq üçün konsensus qərarı əldə edə biləcəklər. Biz bu situasiyanı çox diqqətlə izləməyə davam edəcəyik", - Peskov deyib.


Müəllif: Teleqraf.com